Biz niyə və nə uğrunda yarışırıq?

MARAQLI
20:54 / 24.09.2024
461

Görəsən niyə ölkəmizdə böyük qisim insanlar xoşbəxt deyillər? 

Bir çox inkişaf etmiş ölkələrdə insanlar çox standart bir həyat yaşasalar da, kifayət qədər xoşbəxtdirlər.

Təbii ki, əsas faktor insanların sosial güvəncəsi olan bir ölkədə yaşamalarıdır. Sadəcə evi, yeməyi olaraq yaşayıb , hər şeyin olduğunu düşünmək, acizlikdir.

İnəyin də tövləsi və qarşısına qoyulan yeməyi var.

Bizi bədbəxt hiss etdirən şeylərdən ən önəmlisi daim başqaları ilə yarış halında olmamızdır.

Çoxları görüntü naminə yaşayır. Sosial şəbəkələrdə aktivliyimiz artandan bəri aqressiv yarış içindəyik. İnsanlar paltarları, bədənləri, burunları, bədəninin formaları, gündəlik yedikləri, getdikləri istirahət məkanları, telefonları, maşınları, evləri, mülkləri, onların miqdarı ilə və s. sanki yarışdadır.

Nən bu ölkədə İnsanlıqları, insana, insanlığa, təbiətə verdikləri dəyəri ilə yarışanları demək olar ki, görmədim.

Hər ilin bu zamanında yeni təmir olunmuş məktəblər, bağçalar istifadəyə təqdim olunur. Amma kaş ki, o təmir olunmuş müəssisələrin uğurlara imza atmış pedaqoji kollektivi təqdir olunaydı. Eyni fikir xəstəxanalara, böyük təhsil müəssisələrinə də aiddir. İdman mərkəzləri, nə bilim daha nələr , nələr təqdim edilir, açılışı olur... Sonra da xarab olmasın deyə qapısını qıfıllayıb gedirlər.

Cəmiyyətimiz xəstələnib. Adı bəlli olmayan bir xəstəliyə yoluxmuşuq. İnsanlıqdan çıxıb maddiyatın əsirinə çevriləndən anamız yer kürəsini də xəstələndirmişik.

Elə özümüzün naminə sağalmalıyıq. Yoxsa içində üzdüyümüz gəmi çoxdan su almağa başlayıb. Təmir zamanıdır, cənablar.

Murad

0