Rada Nəsibova: "Təhsil sistemində boşluqlar var, ciddi nəzarət yoxdur"

ÖLKƏ
14:42 / 20.02.2024
265

"Bu bir reallıqdır ki, təhsil sistemində çox böyük boşluqlar var, ciddi nəzarət yoxdur".

Bunu Hita.za-a aşıqlamasında Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova şəbəkələrdə Bakıda 156 saylı məktəbin XI sinif şagirdinin həmin məktəbin IX sinif şagirdinə qarşı zorakılıq etməsi ilə bağlı videodan danışarkən deyib.

Aktrisa məktəblərdə hər gün bir cinayətin baş verdiyini əlavə edib:

"Belə hadisəyə biganə qalmaq olmaz. Şəbəkəyə girmək olmur, hər gün bir cinayət, hər gün bir əxlaqsızlıq baş verir. Düşünürəm ki, hər şey ailədən başlayır, bünövrə ailədən gəlir. Onun ardınca da təhsil sistemi gəlir".

Aktrisa hesab edir ki, məktəbdə psixoloji dərslərin keçirilməsinə ehtiyac var:

"Boş vaxtların səmərəli keçirilməsi üçün dərnəklər olmalıdır. Bu cur hallar baş verəndə cərimə və cəzalar olmalıdır. İnsanlarda mərhəmət hissini oyatmaq üçün hümanitar tədbirlə təşkil edilməlidir".

Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə Bakıda 156 saylı məktəbin XI sinif şagirdinin həmin məktəbin IX sinif şagirdinə qarşı zorakılıq etməsi ilə bağlı video yayılıb. Görüntülərdə şagird digər şagirdin başına yumurta çırpır, saçı kəsir və digər aşağalayıcı hərəkətlər edir. 

Azra 

0