ATU-da yeni İnnovativ İqtisadi Araşdırmalar Mərkəz yaradılıb

ÖLKƏ
20:41 / 07.03.2024
332

Tanınmış iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetində yeni yaradılmış  İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinə rəhbər təyin edilib.  

Bununla bağlı Hit.az-a açıqlama verən Elṣad Məmmədov deyib ki, Mərkəzin yaradılmasının əsas məqsədi bõlĝəmizdə və dûnyada baş verən dərin iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə həyata keçirilməsindən ibarətdir. Belə ki, bu gün iqtisad elminin, müvafiq elmi yanaşmaların, analitik materialların keyfiyyətinin yüksəldilməsi zəruridir.

Professor Elṣad Məmmədov açıqlamasında göstərdikləri etimada görə Elm və Təhsil Naziri Emin Əmrullayevə və Texniki Universitetin rektoru Vilayət Vəliyevə öz təşəkkürünü bildirərək, regionda və dünyada mürəkkəbləşən iqtisadi proseslərin  təhlilində bu analitik mərkəzin lazımi rol oynayacaĝına ümid etdiyini bildirib.

0