Şahbuzda məktəb direktoru işdən çıxarıldı

ÖLKƏ
17:48 / 13.03.2024
272

Şahbuz rayonunda məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb.

HİT.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq Əmr imzalanıb.

Belə ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.

0