Çaqqalların sayı o qədər çoxalıb ki, həyətlərə hücum edirlər?

ÖLKƏ
19:20 / 20.05.2024
324

Ucar rayonu, Yeni yol kənd sakinləri şikayət məktubu ilə  saytımıza müraciət ediblər.

Onlar kəndə vəhşi heyvanların hücum etməsindən şikayətçidirlər.

Hit.az-a müraciət edən sakinlər bildiriblər ki, kəndə hücum edən tülkü,çaqqal,canavar kimi vəhşi heyvanlar şəxsi təsərrüfatlara ziyan vururlar.

Hətta çaqqallar bir neçə dəfə kəndin içində sakinlərə də hücum ediblər.

Vəhşi heyvanların öldürülməsi qanunla kənddə qadağan edilib.

Yüksək cərimələr tətbiq edildiyinə görə,insanlar onlara toxunmur, nəhayət özləri təhlükə qarşısında qalırlar:

 "Yayda quduzluq xəstəliyi heyvanlar arasında vüsət alır.Hava qaralandan sonra azyaşlı uşaqları küçəyə tək buraxmağa çəkinirik.Çünki bir neçə ay öncə günorta saatlarında çaqqal  43 yaşlı bir kişiyə hücum edib,onun əlini dişləmişdi.Ekologiya idarəsinə müraciət etdik, müvafiq tədbir görüləcəyini desələr də, təhlükə davam edir.Mənim 2 baş qoyunumu çaqqal,canavar parçalayıb.Hər şeydən çox çöllərdə qoyun quzu otaran uşaqlarımız üçün qorxuruq"- deyə kənd sakini Abduləli Məmmədov bildirib.

Qeyd edək ki, görülən ekoloji tədbirlər nəticəsində sözügedən ərazidə ağacların sakinlər tərəfindən qırılıb, yansırılmasının qarşısı alındıqdan sonra yaşıllıqlar artıb, bir çox ağacların kökü kəsilmək təhlükəsindən qurtulub. Əslində vəhşi heyvanların da sayı bu tədbirlər sayəsində artıb.İndi qalır balansı qorumaq.Yəqin müvafiq qurumlar məsələni nəzarət altına alarlar.

Murad

0