Yəqin ulu nənələrimizin hamilə xanımlara verdiyi müxtəlif tövsiyələri eşitmisiniz.
Onlar gələcək uşağın üzünə ləkə düşməsin deyə, dalaq, ciyər yeməməyi, uşaq çirkin olmasın deyə çirkin adamlara baxmamağı, üzü üstə yatmamağı tövsiyə edərdilər. Çoxları buna mövhumat kimi baxsa da, əslində həqiqət imiş.
Genetik İradə Abdurrahmanova Hiy.az-a bildirib ki, son dövrlər aparılan elmi araşdırmalar sübut edib ki , gələcək körpənin üz quruluşu onun anasının nə yeməsindən çox asılıdır.
Hamilə qadınlar az proteinli məhsullarla qidalanarsa, onların övladlarının burun çənə yanaq quruluşu daha zərif olur. Əgər hamilə qadın oğul doğacaqsa və onun gələcəkdə sərt üz quruluçuna sahib olmasını istəyirsə, o zaman yüksək proteinli qidalara üstünlük verməlidirlər. Körpənin üz quruluşu onun genetik kodlarından asılı olduğu kimi ananın hamilə vaxtı yediyi qidalardan da asılıdır. Övladın göyçək olub-olmaması bir növ ananın dişləri arasındadır", deyə o qeyd edib.
Genetik əlavə edib ki, hamilə qadınların qarınlarını sıxması, çox dar paltarlar geyinməsi körpənin çirkin bədən quruluşu, hətta şikəst doğulması ilə nəticələnə bilər.
Murad