Rəqəmlərin həyatımıza hansı təsirləri var?

MARAQLI
13:59 / 28.11.2024
627

"Kainat rəqəmsal bir sistemə sahibdir".

Bu sözləri numeroloq Şəhanə Sadıqlı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həyatda rəqəmlərin rolu çox böyükdür:

"Rəqəmlərin insan həyatında çox böyük rolu var. Məsələn, numeroloqlar doğum tarixi ilə insanın bütün həyatını oxuya bilirlər. Yəni insanın bütün həyat xəritəsini çıxarmaq olar. Doğum tarixi əsasında insanın uğur qazanması üçün nələr etməli olduğu belə üzə çıxır. Həmçinin, nələrdən çəkinməli olduğunu da müəyyən etmək mümkündür".

363292

Həmsöhbətimiz 10 rəqəmini nümunə göstərib:

"Məsələn, 10 rəqəmi şans və ya uğur çarxı kimidir. Yəni, 10 həyatının mərkəzində və ya uğurlu rəqəmi olan insanlar çox şanslı olurlar. Sanki hər tərəfdən kainatın möcüzələrini qəbul edirlər. Ayın 10-nu və ya 10-cu ayda doğulanlara da bunu şamil etmək mümkündür".

Onun sözlərinə görə, bəzi rəqəmlər özlərini çox doğruldub:

"Məsələn, ayın 6-sı, 15-i və 24-ü dünyaya gələnlər sevgi dolu insanlar olurlar. Onlar, sanki ətraflarına sevgi saçırlar. Həmin şəxslər sevdikləri işlə məşğul olanda həyatda uğur qazanırlar. Həmçinin, həyatında 7 və ya 21 rəqəmi olan insanlar onlayn işlərdə və ya dünyaya açılasa uğur qazana bilər. Onların dünyaya baxış bucağı da bir başqa olur".

Şəhanə Sadıqlı qeyd edib ki, hər bir insanın özü üçün uğurlu və uğursuz rəqəmləri olur:

"Bu, onun dünyaya gəldiyi rəqəmlərlə birbaşa bağlantılıdır. Hər bir doğum tarixinin bir uğur simvolu var. Lakin doğumla əlaqəsi olmayan rəqəmlərin uğurlu və ya uğursuz olması mümkün deyil. Kimsə buna inanırsa, o, artıq kodlanmadır".

Pərviz

0