Həqiqətən qadınlar bir-birinin düşmənidir? - Psixoloq RƏYİ

SOSİAL
12:48 / 29.11.2024
373

"Düşmənçilik də kin və nifrət kimi bir duyğudur".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzən insan başqa birinə qarşı daxilində olan neqativ duyğular yaşayır:

"Bu, qadın və ya kişidə eyni şəkildə baş verir. Üstəlik, düşmənçilik sadəcə eyni cinslər arasında olmur. Yəni qadınla kişi düşmənçiliyi ilə də tez-tez qarşılaşırıq. Bütün bunlar şəraitdən və duyğulardan asılı olaraq dəyişir".

Psixoloq qeyd edib ki, xanımlar arasında da düşmənçiliklər olur:

"Kişilər arasında da kifayət qədər böyük düşmənçiliklər olur. Bir-birlərinin qarşısını kəsməyə çalışırlar. Ancaq bunlara xanımlarda daha çox rast gəlmək olur. Çünki qadınlar emosional varlıqlardır. Qadın duyğularını çox sürətli şəkildə kin, nifrət, qəzəb və aqressiya ilə əvəz edə bilir. Təəssüflər olsun ki, bu duyğular isə onu uçuruma aparır".

363373

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bəzi qadınlar düşmən olduqları həmcinslərini incidərək və ya ona hansısa formada "zərbələr" vurmağa çalışır:
"İndiki dövrlərdə bunu daha çox sosial şəbəkələr üzərindən edirlər. Hətta bəzi qadınlar bir-birlərinə olan qəzəb hisslərini şərh və ya paylaşım yazaraq bildirirlər. Lakin analoji addımı zaman-zaman bəzi bəylər də xanımlara qarşı edə bilirlər". 

Nabat Mirzəyeva vurğulayıb ki, kiməsə qarşı kin, nifrət bəsləmək insanın daxilindəki hansısa hissin təzahürüdür:

"Əslində, insanların bir-birlərinə qarşı aqressiya duyması onların özlərinə daha çox zərər verir. Bəzən insan özünün edə bilmədiyi uğurları başqasının bacara bilməsini qısqanır. Bəzən də onu özünə rəqib hiss etdiyi üçün kin, nifrət bəsləyir. Sözsüz ki, səbəblər müxtəlif ola bilər. 

Lakin "qadın qadının düşmənidir" sözü daha çox xəyanətlə bağlıdır. Yəni bəylər xanımlarını başqa qadınla aldatdığı üçün belə deyilir. Əslində, isə bu ikitərəfli olur. Xəyanəti edən sadəcə qadın deyil, burada bəy də səbəbkardır".

Pərviz

2