Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO

ÖLKƏ
12:35 / 24.06.2024
211

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

HİT.az xəbər verir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.

Bu barədə Elnar özü bildirib.

O sosial şəbəkə hesabında Eldənizin forosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.
HİT.az sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edir:

0