COP29-a görə məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
12:39 / 09.07.2024
253

Noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq.

O.Abbasov qeyd edib ki, bu gün üçün diqqət edilən əsas məqam sentyabrın 15-də yeni tədris ilinin başlanmasına hazırlaşmaqdır.

0