Saakaşvili: "Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik"

DÜNYA
14:42 / 17.04.2024
128

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edən müxalifət tərəfdarlarını aksiyaları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb. 

HİT.az bu barədə "İnterfaks"a istinadən xəbər verir.

"Güc yalnız birlikdədir. Təbii ki, etiraz aksiyaları davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik", deyə Saakaşvili onlayn keçirilən məhkəmə iclasında bildirib.

O, həmçinin bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb. Onun sözlərinə görə, qələbə qazanmaq üçün müxalifətdən vahid siyahı lazımdır.

Aprelin 16-da axşam saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə müdaxilə edib. Bundan əvvəl etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub.

Aprelin 16-na keçən gecə Tbilisidə xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Onun iştirakçıları polis kordonunu yarmağa çalışıblar. 14 etirazçı saxlanılıb, bir polis əməkdaşı yaralanıb. 

Samir

 

0