Yeni “Moskviç”in FOTOsu yayıldı, qiyməti görün neçə manatdır

00:31 / 22.12.2022
2636

"Moskviç 3" krossoverinin qiyməti 1,97 milyon rubldan (48107 manat) başlayacaq.

Hit.Az savash.org-a istinadən xəbər verir ki, bu barədə "Moskviç" zavodunun rəsmi teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, "Moskviç 3" ağ, qara, qırmızı, boz və mavi rənglərdə təqdim olunacaq.

Qeyd olunub ki, ilin sonuna qədər avtomobil Moskvanın 11 diler mərkəzlərində satışa çıxarılacaq.

1