Xərçəngin hansı növü irsən keçir?

SAĞLAMLIQ
20:15 / 02.05.2024
347

“Anam da, atam da xərçəng xəstəliyi nəticəsində ölüblər.

Mənim bu xəstəliyə tutulmaq ehtimalım varmı?

Bu sualla Hit.az-a müraciət edən izləyicimizə onkoloq Maidə İsrafilova cavab verib.

O bildirib ki, son araşdırmalar nəticəsində bəzi bədxassəli şişlərin irsi təbiətli olduğu təsdiqlənib.

"İndi genetik analizlər verib , nəsildə hansı xəstəliklərin üstünlük təşkil etdiyini öyrənmək olur. Bir insanın onkoloji xəstəliyi varsa belə analiz verməsi vacibdir. Bir ailənin, nəslin üzvləri arasında xəstəlik bir dəfədən çox aşkarlanarsa, genetik həkimlərdən məsləhət almaq lazımdır. Xərçəngin genetik xüsusiyyətə malik olmasına baxmayaraq, o həmişə irsən ötürülmür. 10-15% halda xəstəliyin irsən keçdiyi aşkarlanıb.

Əgər xəstəlik genetik mutasiya ilə əlaqəlidir sə, o bir neçə nəsil sonra özünü göstərə bilir, bu isə 5-10 faiz təşkil edir. 90-95% hallarda xərçəng ətraf amillər, stress nəticəsində yaranır”,- deyən həkim əlavə edib ki, yumurtalıqların və döş vəzilərinin xərçəngi keçici sayıla bilər:

“Bu iki xərçəng növü irsi xarakter daşıyır, çünki onların meydana gəlməsi genlərdəki mutasiyaların nəticəsidir”,- deyə onkoloq vurğulayıb.

Murad

0