"Himayədar ailə" nə deməkdir?

ÖLKƏ
21:17 / 02.05.2024
180

Dünyada geniş yayılmış təcrübələrdən biri olan himayədar ailə qayğı modelidir.

"Himayədar ailə" qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. 

Məlumat üçün bildirək ki, himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az.-a açıqlamasında qeyd etdi ki,  "Himayədar ailə" modelinin Azərbaycanda tətbiq olunması təqdirəlayiq addımdır. Valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafında və formalaşmasında bu model müsbət təsir göstərəcək:

"Bu kateqoriyadan olan uşaqlar Azərbaycanda dövlət tərəfindən himayə olunur və hər bir ehtiyacları qarşılanır. Hər şeydən öncə isə ailə şəraitində yaşamaq onların psixoloji vəziyyətinə öz müsbət təsirini göstərəcək. Valideyn nəvazişindən məhrum olan uşaqların "Himayədar ailə"də yaşaması onların gələcək həyatının, ailə dəyərlərinin formalaşmasında, eyni zamanda ali təhsil almalarında əhəmiyyətli rol oynayacaq”.

Sevinc

0