Litvanın müdafiə naziri: "NATO Ukraynanı dəvət etməklə Rusiyaya aydın siqnal göndərməlidir"

DÜNYA
23:33 / 01.11.2024
164

"Ukraynanın Şimali Atlantika Alyansına dəvət edilməsi yalnız gücü başa düşən Rusiyaya göstərəcək ki, onun müttəfiqlərinin hərəkətlərinə veto qoymaq hüququ yoxdur".

HİT.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurinas Kaşçiunas 10-cu Kiyev Gənclərinin Təhlükəsizlik Forumunda deyib.

Kaşçiunasın fikrincə, Ukraynanın NATO-ya rəsmi dəvəti Rusiyanın müttəfiqlərin qərarlarına təkcə sözdə deyil, həm də əməldə qeyri-rəsmi veto hüququna malik ola bilməyəcəyini göstərəcək. Eyni zamanda, Litvanın müdafiə naziri bəyan edib ki, hazırda Ukraynanın üzvlüyünə inanmayan və təhlükəsizliyin daha da təmin olunmasını gözləyən Qərb liderləri var.

"Problem ondadır ki, onlar hələ də Ukraynanı NATO-ya dəvət etməyin eskalasiyaya səbəb olacağını düşünürlər. Məncə bu səhvdir. Tarixin dərsləri göstərir ki, Rusiya gücə yalnız biz onu cilovlaya bildikdə və müttəfiqlərimiz olduqda hörmət edir", deyə Kaşçiunas bildirib.

Litva hökumət rəsmisi NATO-ya dəvətin Rusiyanı çəkindirmək üçün ən yaxşı addım olacağı və Ukraynanın amansız müharibədə qalib gəlməsinə kömək edəcəyi fikrini ifadə edib.

"Mən əminəm ki, bizim üçün də mübarizə aparan Ukrayna xalqı Aİ və NATO liderlərinin bu ailənin üzvü olmaq qərarına layiqdir, çünki siz bizim üçün vuruşursunuz. Və biz Rusiyaya aydın siqnal verməliyik ki, o, bizim üçün gələcəyimizi həll edə bilməz", deyə nazir vurğulayıb.

Samir
 

0