Mal ətinin bahalaşmasına səbəb nədir? - \"Fürsətdən istifadə edirlər\"

11:43 / 21.08.2023
655

Xəbər verdiyimiz kimi, Azərbaycanda mal əti yenidən bahalaşıb. 

Belə ki, satıcılar qiymətlərin 50 qəpik və ya 1 manat artdığını bildirirlər. Təbii ki, bu da alıcılara təsirsiz ötüşməyib. Alıcıların qiymətin artmasından narazılı olduqlarını bildiriblər.

Ümumiyyətlə, mal ətinin bahalaşmasına səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mal əti bazarında qiymətləri dövlət tənzimləmir, bazar münasibətləri ilə tənzimlənir:

"Ət bazarında Tariş Şurası qiymət təyin etmir. Üstəlik, bazarda çox sayda oyunçu var. Həmçinin, qiymətlər tələb və təklif əsasında formalaşır. Ətə olan tələbatımızın təxminən 85 faizi yerli istehsal təmin edir. Qoyun və keçidə bu rəqəm 98-99 faizdir. Təqribən 80% quşçuluq məhsulları ilə, 90% ətrafında da mal əti ilə özümü təmin edirik. Bu rəqəmlər böyük olmasına baxmayaraq, yem komponentləri üzrə idxaldan asılıyıq. Ət istehsalında xərclərin 70 faizinə qədər yem komponenti üzrə formalaşır. Yəni 1 kiloqram ətin ərsəyə gəlməsinin 70 faizə qədəri yemdir. Yem komponenti üzrə isə xaricdən asılıyıq. Həm soya və dərmanı, həm də buğda və arpanı xaricdən idxal edirik. Həmçinin, dünya bazarlarında baş verən proseslər də bu qiymətlərə təsir edir".

332260

Ekspert vurğulayıb ki, buna görə də son dönəmlərdə ət istehsalında xərc artıb:

"Təbii ki, hər bir istehsal üzrə xərclərin qiymətlərə təsiri fərqli olur. Məsələn, quşçuluqda 40 günə broyler toyuq yetişir, ev təsərrüfatlarında da toyuq bir neçə aya yetişir. Malın yetişirdilməsinə isə uzun illər lazım olur. Ona görə də xərclərin artımı fermerlərə və təsərrüfatlara fərqli şəkildə təsir edir. Eyni zamanda, burada xaricdən idxalın da əhəmiyyəti var. Xaricdən idxal bahalaşdıqca və ucuz bazarların aradan qalxması fermerlərə qiyməti artırmaq üçün fürsət verir. Yəni əvvəllər Rusiya və Ukrayna kimi ölkələrdə uzuc bazarlar var idi, amma indi o da yoxdur".

Xalid Kərimli diqqətə çatdırıb ki, rəsmi məlumata görə, mal ətinin idxalı ötən illə müqayisədə 2,6 dəfə artıb: "Həmçinin, mal ətinin qiymətində də təqribən 20 faizdən çox artım var. Yəni xaricdən gələn mal ətinin bahalaşması yerli mal ətinin də qiymətinin qalxmasına imkan verir. Yerli mal əti təqdim edənlər 2 formada təchizatı həyata keçirirlər. Biri intensiv təəssüratlar, digəri isə ev təsərrüfatlarıdır. İntensiv təsərrüfatlara yemin bahalaşması amili təsir göstərir. Ev təsərrüfatlarındakılar isə daha çox otun bahalaşmasından və otlaq sahələrinin azlığından şikayət edirlər. Yəni bunların hər birində xərclər artır. Belə olduğun zaman isə fürsətdən istifadə edərək qiymətləri artıra bilirlər. Həm xərcləri artıb, həm də tələbatın artmasından istifadə edərək əlavə qazanc əldə edirlər".

Pərviz

0