Dünyanın ən zəngin insanı öz rekordunu vurdu

İQTİSADİYYAT
21:03 / 02.07.2020
1360

Dünyanın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Ceff Bezos sərvətini 172 mlrd dollaradək artırıb.

Bu barədə “Bloomberg Billionaires Index”in reytinq siyahısında deyilir.

Agentliyin məlumatına əsasən, bu, bizmesmen üçün rekord göstəricidir. O, 167,7 mlrd dollara müvafiq olan öncəki rekordunu 2018-ci ilin 4 sentyabr tarixində vurmuşdu.

Bildirilir ki, Bezosun sərvəti “Amazon”un səhmlərinin bahalaşması hesabına artıb. Belə ki, iyulun 1-də keçirilən hərracda hər səhm 4,4 faiz olmaqla, 2878,8 dollaradək bahalaşıb. Bezosa reteylerin səhmlərinin 11 faizi məxsusdur. Biznesmen təkcə sentyabrdan indiyədək 56,7 mlrd dollar varlanıb.

1
Unikal.org