Aydın Mirzəzadə: \"Azərbaycan üçün təhlükə halları tam aradan qaldırılandan sonra sərhədlər açılacaq\"

17:11 / 25.04.2024
234

"Azərbaycan üçün təhlükə halları tam aradan qaldırılandan sonra sərhədlər açılacaq". 

Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, quru sərhədlər  koronavirusla bağlı məcburiyyətindən bağlanmışdı:

 "Sərhədlərin uzun müddət bağlı qalması məlum xəstəliyin qarşısının alınmasında böyük rolu olub. Quru sərhədin bağlı qalmasının səbəblərindən biri də Azərbaycana export edilməyə çalışan təhlükələrin qarşısını almaq üçündür. Dövlət başçısı ölkənin təhlükəsizliyi üçün quru sərhədlərin müəyyən müddətə qədər bağlı olmasını münasib görür. Elə hallar var ki, onun qarşını almaq üçün quru sərhəd bağlı qalmalıdır. Azərbaycan üçün təhlükə halları tam aradan qaldırıldan sonra sərhədlər açılacaq".

Sevinc

0