Berlinə Füzulidən gedən yol və dünyaya verilən mesaj

SİYASƏT
17:09 / 26.04.2024
317

Prezident İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün  Berlinə gedib.

O, COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunur.

Berlin dialoqunda müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edəcək. 

Bəs Prezidentimizin bu səfərinin Bakıdan yox, Füzulidən başlaması hansı mesajı daşıyır?

Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, səfərin bu şəkildə təşkili heç də zaman qıtlığından irəli gəlmir.

“Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması Azərbaycanın torpaqlarını azad edilməli, bərpa işlərinin sürətlə aparılması mesajını Avropya sərgiləmək idi. Bu azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış idi. Dövlət başçısının hər addımı, hər kəlməsi dəqiq hesablanıb və mütləq şəkildə bir siyasi məna daşıyır. Bu gün azad olunmuş torpaqlarda türk dünyasına dair böyük tədbirlərin keçirilməsi, onun ardınca da Avropaya uçuş Fransa daxil olmaqla hələ də revanşistlərə dəstək olan, bəlkə də qaytardılar ideyası ilə yaşayan güclərə sözsüz mesaj idi.

Üstəlik İlham Əliyev bununla  Qarabağın artıq təhlükəsiz bölgə olması mesajını da verərək, bölgəyə  xarici investisiyaların  cəlbini təşviq edəcək”,-  deyə o bildirib.

Murad

0