Ət yeməklərindən imtina olunmalıdırmı?

SAĞLAMLIQ
22:16 / 25.04.2024
764

Ət gündəlik qidanın əsas tərkib hissəsidir.

Lakin vegetarianlar ətdən istifadə edilməsinə qarşı çıxır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, ət yeməklərinin qəbulu müəyyən məhdudiyyətlərlə olmalıdır:

 “Bizim qəbul etdiyimiz ət qidası orqanizmin tələbatından qat-qat artıqdır. Bəzi insanlar çox qida qəbul etdikləri üçün doyma hissini itirirlər və nəticədə qida həmin adamın ziyanına işləyir. Ona görə də qida qəbulunu kifayət qədər məhdudlaşdırmaq lazımdır. Birdəfəlik ət qidalarından imtina düzgün deyil. Onların tərkibində əvəz olunmayan amin turşuları orqanizm üçün vacibdir. Ona görə də arıqlamaq məqsədi ilə və ya uzun müddət aclıq keçirənlərdə psixi dəyişikliklərin olması da bəzən bununla izah olunur”. 

Sevinc

0