Bu gün Azərbaycan derbisi oynanılacaq

İDMAN
10:00 / 17.10.2026
159

Misli Premyer Liqasında 8-ci tur davam edir. 

Hit.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edəcək. Turun mərkəzi matçında isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. 

 

Misli Premyer Liqası VIII tur

17 oktyabr 

16:00. “Qəbələ” - “Sabah” 

Qəbələ şəhər stadionu.

 

19:00. “Qarabağ” - “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu.

0