“Yuventus” Neymarla maraqlanır

02:13 / 16.05.2020
1727

“Yuventus” klubu PSJ-nin braziliyalı futbolçusu Neymarı trans­fer edə bilər.

Turin təmsilçisi müqaviləyə Paulo Dibalanı daxil etməyə hazırdır. “Yuventus”un bu transferdə əsas rəqibi İspa­niyanın “Barselona” klubudur. Bildirilir ki, “Yuventus” Kataloniya təmsilçisini qabaqlamaq üçün əlverişli şərtlər hazırlayır.

Qeyd olunur ki, “Yuventus” üçün bu transferdə əsas çətinlik futbolçunun illik məvacibinin yüksək olmasıdır.

Xəbəri “Mundo Deportivo” verib.

0