Putinin andiçməsindən sonra nələr dəyişəcək? - \"Rusiya-Ukrayna müharibəsinin...\"

11:12 / 30.04.2024
423

Məlum olduğu kimi, 7 mayda Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. 

Siyasi analitiklər Putinin andiçməsindən sonra müəyyən islahatlara başlayacağını proqnozlaşdırırlar. Hətta bəzi ekspertlərin sözlərinə görə radikal həmlələrin atılması da gündəmə gələ bilər. Hazırkı proqnozlara əsasən, Rusiyadakı bir çox yüksək postda dəyişiklik baş verə bilər. 

Lakin ümumi olaraq Putinin andiçməsindən sonra hansı addımları atacağı, nələrin dəyişəcəyi də müzakirə mövzusudur. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında bildirib ki, Vladimir Putinin andiçməsindən sonra xüsusi dəyişiklik gözlənilmir:

349043

"Amma hərbi elitanın hakimiyyətdə möhkəmlənməsinin şahidi olacağıq. Hesab edirəm ki, müəyyən mülki vəzifələrin kəşfiyyat və hərbi mənşəli şəxslərin tutması mümkündür". 

Ekspert qeyd edib ki, burada iki məsələ önəmlidir:

"Birincisi, Vladimir Putinin özünün siyasi davamçısının müəyyən olunması prizmasından baxmalıyıq. Mütləq buna yönəlik addımlar atılacaq. İkincisi isə Rusiya-Ukrayna müharibəsinin gedişinə uyğun kadrların formalaşdırılacağını düşünürəm". 

Pərviz

0