Məşhur aktrisa xəstəxanaya yerləşdirildi (FOTO)

MAQAZİN
21:45 / 23.10.2021
2073

Türkiyəli məşhur aktrisa Bestemsu Özdemirin son halı sevənlərini qorxudub.

Hİt.az xəbər verir ki, aktrisa ötən gün əlil arabasında görüntülənib. Özdemirin böyrək iltihabı səbəbi ilə 5 gündür xəstəxanada müalicə aldığı ortaya çıxıb. Səhhəti ilə bağlı açıqlama verən aktrisa hazırda özünü daha yaxşı hiss etdiyini bildirib: "İndi yaxşıyam. Üç gün daha burada qalacağam".

Qeyd edək ki, Özdemir sonuncu dəfə "İkimizin sırrı" serialında rol alıb.

 

0