Nərimanovda Kərbəla müsibəti: 3 gündür su yoxdur - VİDEO/FOTO

11:40 / 17.10.2021
4049

Artıq üçüncü gündür ki, Nərimanov rayonu Xoyski prospektində su kəsilib.

Azərsu ASC Nərimanov rayon Su-kanal idarəsinin əməkdaşları qazıntı apararaq qəza yerini dəqiqləşdirməyə çalışsa da, nəticə hasil olmayıb.

Müxbirimizin sorğusundan sonra məlum olub ki, qəza yerini dəqiqləşdirmək üçün defektoskopiya diaqnostika cihazı yoxdur və qazıntılar qarasına aparılır.
Sakinlərin vəziyyəti dözülməz hala çatıb, məhəlləni su basıb. Bunu fotolardan və videodan da görmək olar.

Qazıntı zamanı qaz boruları zədələndiyi üçün qaz verilməsi də dayandırılıb.

İdarədən bu haqda məlumat almaq mümkün olmayıb.

Mənbə: Qaynarinfo.az

0