Xəstəliklərdən qorunmaq üçün nə etmək lazımdır? - Həkimdən açıqlama

ÖLKƏ
14:18 / 11.10.2023
351

Payız mövsümü ilə əlaqədar olaraq, respirator xəstəliklər geniş yayılıb. Bu xəstəliklərdən qorunmaq və sağalmaq üçün müxtəlif dərmanlardan istifadə edilsə də, əsas üstünlük təbii qidalara verilməlidir.

Bəs hansı təbii qidalarla sağlamlığımızı qoruya bilərik?

Farmakoloq, tibb sahəsi üzrə ekspert Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, sağlam qalmaq üçün bir sıra amillər var ki, onlara diqqət edilməlidir:

"Bədənin ümumi gücləndirilməsi, hərəkət etmək, bədəni dəsmalla yavaş-yavaş qızarana qədər, kapilyarların açılması üçün silmək, oturaq həyatdan kənara çıxmaq lazımdır. Sulu yeməklər, ət məhsulları, xüsusilə balıq kimi vitaminlə dolu olan qidalar qəbul etmək vacibdir. Payızda yetişən meyvələrin istehlakı şərtdir. Bədənimizi vitaminlə təmin etmək, qrip və digər respirator xəstəliklərdən uzaq olmaq üçün bu daha vacibdir.

Çörək, un məhsulları, karbohidratın olduğu qidala az qəbul olunmalıdır. Bədəni normal temperaturda saxlamaq, gün ərzində az da olsa, təmiz havada gəzmək, əlləri yumaq, digər sanitar-gigiyenik qaydalara əməl etmək lazımdır. Bəzən insanlarımız gigiyenik qaydalara çox əməl etmədiyi üçün daha tez yoluxa bilirlər". 

Aynur Əli

0