Maliyyəçi iqitisadi yüksəlişin sadə yolunu təklif edir

İQTİSADİYYAT
17:34 / 26.09.2024
263

“Qlobal iqtisadi qanunauyğunluq tələb edir ki, ölknin iqisadi potensilını yüksəltmək üçün dövlətin səfərbər etdiyi pulun payı investorların lində daha çox cəmlənsin. Dövlət nə qədər çox pul cəlb edərsə, iqtisadi inkişaf səviyyəsi bir o qədər aşağı düşür. Bu borclanma deməkdir. İnvestorlardakı pay 70%,  dövlət payı 30 faiz təşkil edərsə, irəliləyişə nail olmaq mümkündür”.

Bu fikirləri Hit.az-a maliyyə məsələləri üzrə mütəxəssis Samirə Kazımova deyib.

“10 ildir ki, ölkəmizdə tam tərsinə dövlət sərəncamında qalan pullar sürətlə artır. ÜDM-də əsas kapitala investisiyaların payı iki dəfə azalıb. Bunun nəticəsidir ki, reqress davam edir. Resurs zənginliyi şəraitində süni pul və investisiya qıtlığı yaranıb, faizlər çox yüksəkdir. Bu zaman içində iqtisadi aktivliyi geri sala bilər. Söhbət yalnız Bakının inkişafından getmir. Regionlarda  kiçik və orta sahibkarlığa verilən dəstək artırılmalıdır”, deyə o bildirib.

Iqtisadçı indi işləmək istəyən insanların Bakıya yox, Qarabağa yönəldilməsinin vacibliyini  də vurğulayıb.

Murad

0