"Whatsapp" və "Telegram" nə qədər təhlükəsizdir? - Mütəxəssis danışdı

TEXNO
12:27 / 26.09.2024
646

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqləri "Whatsapp" və "Telegram"dır.

Demək olar ki, smartfon istifadə edən hər kəs bu tətbiqlərin ən azı birindən istifadə edir. Üstəlik, bir çox şəxs gün ərzində bütün danışıqları və mesajlaşmalarını məhz sözügedən tətbiqlər vasitəsilə həyata keçirir. 

Belə olan halda isə sual yaranır: "Whatsapp" və "Telegram" nə qədər təhlükəsizdir? 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuriyev bununla bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, bu tip proqramların təhlükəsizlik göstəriciləri normaldır:

358863

"Yəni "Whatsapp" və ya "Telegram"da hər hansısa təhlükəli vəziyyət yoxdur. Onları istifadə etmək heç bir risk faktoru daşımır. Əks təqdirdə, bütün dünya onlardan istifadə etməzdi". 

Lakin mütəxəssis qeyd edib ki, istifadəçilərin diqqət etməli olduğu məqamlar var:

"Hər bir şəxs mobil telefonun və ya istifadə etdiyi tətbiqlərin təhlükəsizlik parametrlərinə ciddi əməl etməlidir. Məsələn, qabaqlayıcı tədbir kimi telefona və ya tətbiqlərə şifrə qoyula bilər. Əlbəttə, həmin şifrələr güclü olmalıdır. 

Bundan başqa, müxtəlif yollar vasitəsilə telefona gələn linklərə daxil olmaq olmaz. Çünki bunlar çox təhlükəli ola bilər. Bu yolla mobil telefonunuza kənardan giriş oluması, sosial şəbəkə hesablarınızın ələ keçməsi, nələrinsə silinməsi və hətta yönləndiriləməsi mümkündür. Nəticədə, "Whatsapp" və "Telegram" kimi ən çox şəxsi məlumatlarınızın olduğu tətbiqlərin də ələ keçmə ehtimalı var. Ona görə də elə linklərə daxil olmamaq tövsiyə olunur".

Pərviz

0