Tanınmış jurnalist Sərxan Kamallı vəfat etdi

ÖLKƏ
09:41 / 17.06.2024
286

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Hit.az xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

0