Koronavirusu yüngül keçirənlər dərmanla təmin oluna bilər - RƏSMİ

ÖLKƏ
20:34 / 30.06.2020
1152

“Ev şəraitində müalicə simptomsuz və yüngül əlamətləri olan şəxslərə şamil olunur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, simptomsuz xəstələrin müşahidəsi və yüngül simptomlu xəstələrin dərmanları ilə bağlı nəzərdə tutulan məqamlar var:

“Evdə müalicə alan və COVID-19-a yoluxmuş şəxsin aptekə getməsi qəti qadağandır. Bu istiqamətdə yüngül əlamətlərlə xəstəliyi keçirən şəxslərin zəruri dərman preparatları ilə təmin olunması məsələsinə baxılacaq”.

Könül Cəfərli

0
Oxu.az