Turistlər bölgələrdə yox, niyə Bakıda istirahətə üstünlük verir?

TURİZM
17:46 / 24.04.2024
4914

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür.

Bakı ilə yanaşı  regionlarımıza da  turistlərin  cəlb edilməsi istiqamətində  məqsədyönlü iş aparılır.

Bölgələrdə də turizmin inkişafı ilə müəyyən işlər görülür.

Lakin buna baxmayaraq, ölkəyə gələn xarici turistlər daha çox paytaxt ərazisində istirahət etməyə üstünlük verir.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a deyib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ, İsmayıllı və Şamaxıdır. Digər bölgələrə turist axınını çoxaltmaq üçün nəqliyyatın rolu böyükdür:

"Təbii ki, turizm infrastrukturu üç –dörd bölgədən ibarət olmalı deyil. Qərb zonası var - Şəmkir, Qazax, Gəncə, bundan başqa, Qarabağ zonası. Bunlar da digər bölgələrimiz kimi münbit şəraitə malikdir. Həmçinin şimal-şərq, şimal-qərb, cənub zonası, daha doğrusu, Şamaxıdan tutmuş Zaqatalayadək, Şabrandan tutmuş Quba, Qusaradək, aşağıda Lənkəran, Masallı, Lerik zonaları şərait baxımından yaxşıdır, əlverişlidir. Bölgələrə turist axınını artırmaq üçün ilk növbədə nəqliyyat sistemini inkişaf etdirmək lazımdır”.

Sevinc

0