Rusiyada hərbi helikopterin qəzaya düşdüyü an (VİDEO)

DÜNYA
19:02 / 26.05.2020
1220

Bu gün Çukotka Muxtar Dairəsindəki hava limanında qəzaya uğrayan “Mi-8” helikopterinin yerə düşdüyü an kameralar tərəfindən qeydə alınıb.

REN TV xəbər verir ki, qəzanın görüntüləri “Aviainsident” “Telegram” kanalında yayımlanıb.

Qeyd edək ki, “Mi-8” helikopterinin göyərtəsində olan dörd nəfər hadisə nəticəsində həlak olub.

İlkin məlumata görə, helikopterin havaya qalxdıqdan dərhal sonra yerə düşməsinin səbəbi texniki nasazlıqdır.

 

0