Operativ Qərargah 2 vacib məlumatı əhaliyə çatdırdı

ÖLKƏ
16:38 / 07.04.2022
995

Azərbaycanda bu gün koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

HİT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9497 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 232 234 təşkil edir.

0