Hərrac qiymətləri necə müəyyənləşir? - RƏY

İQTİSADİYYAT
11:13 / 11.10.2024
304

Bu gün hərraclardakı qiymətlərdən danışacağıq. 

Söhbət tarixi eksponatlar, hansısa məşhur şəxsə aid əşyalardan gedir. Çünki hərraclarda yüksək qiymətlərə adətən onlar satılır. Bir çox hallarda sözügedən əşyalar hərraca çıxarılan ilkin qiymətdən daha baha satılır. Bəzən də bu rəqəm həddindən artıq yüksək olur. 

Bəs hərraclardakı qiymətlər necə müəyyənləşir? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, tarixi eksponatların, hansısa idmançıya və ya məşhura aid əşyalarının dəyərinin müəyyənləşdirilməsi üçün hansısa iqtisadi üsul yoxdur:

359936

"Həmçinin, hansısa marketinq üsulu, istinad nöqtəsi və ya oxşar bazar da mövcud deyil. Sadəcə hərrac keçirən komissiya ekspert metodu ilə minimal qiymət təyin edir. Bunu həmin sahədə təcrübəsi olan şəxslər edirlər. 

Nəzərə almaq lazımdır ki, hərraca çıxarılan əşyalar yeganə və emosional dəyərə malik olurlar. Üstəlik, onu almaq istəyən insanların da sayı isə çox olur".

Ekspert qeyd edib ki, hərraca çıxarılan hər əşya yüksək qiymətə satılmır:

"Hərracda komissiya tərəfindən ilkin qiymət təyin olunur. Lakin bəzən həmin əşya hərraca çıxarılan qiymət satılmır. Hətta ilkin qiymət uğursuz olduğu üçün onu sonra daha ucuz qiymətə hərraca çıxarırlar. 

Bəzən isə satılmadığı üçün daha sonra ümumiyyətlə hərraca çıxarılmır. Yəni hərraca çıxarılan əşyaların hamısının ilkin təyin olunan qiymətdən yüksəyə satıldığını deyə bilmərik".

Pərviz

0