Plastik əməliyyatlar niyə təhlükəlidir? – Həkim açıqlayır

SAĞLAMLIQ
18:26 / 11.10.2024
321

Xarici görünüşümüzdə bəyənmədiyimiz şeyləri özümüzə kompleks edərək, bıçaq altına yatırıq. Xüsusilə, müğənnilərin və maqazin adamlarının tək çarə gördüyü plastik əməliyyat xarici görünüşü nə qədər dəyişirsə, bir o qədər də orqanizmi təhlükəyə salır. 

Maraqlıdır, plastik əməliyyatın orqanizmə nə cür təhlükəsi var?

Plastik cərrah Mircəfər Bağırov Hit.az-a açıqlamasında deyib ki, dünyada və ölkədə ən çox burun əməliyyatı etdirilir:

“Dünya üzrə statistikaya baxsaq, həm ölkəmizdə, həm də dünyada ən çox yayılmış rinoplastika əməliyyatıdır. Amma qeyd edim ki, bunun özünün də fərqli xüsusiyyətləri var. Hər yaşda bu əməliyyatı etmək olmaz. 14-15 yaş arasında çəpər əyriliyinə görə, əməliyyat oluna bilər. Amma həm estetik, həm çəpər əyriliyi varsa, 17-18 yaxşı normal götürülür. 

Digər məsələ isə üz və bədən əməliyyatlarıdır. Yaşlılıqla bağlı çox insan artıq üzgərmə əməliyyatına girir. Bununla yanaşı, çox kök olub arıqlayan insanlar, qocalıqla bağlı dəri sallanması görənlər, hamiləlikdən alt qarnı qalanlar bədən şəkilləndirmə edirlər. Amma bunun da öz qaydaları var. Hər artıq çəkili olan insanı əməliyyata almaq olmaz. Çəkinin də miqdarı var. 80-90 kilolu bir qadını niyə belə əməliyyata salmalıyıq axı. 

Hə, bir də üzə və dodaqlara edilən dolğular son zamanlar çox yayılıb. Dolğuda istifadə olunan “Healaron turşusu” tərkibli maddələrinin təhlükəsi yoxdur”.

Murad

0