Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 21099” markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanların adları aşağıdakılardır:
2001-ci il təvəllüdlü Abbasov Kazım İlham oğlu;
2001 ci il təvəllüdlü Vəliyev Eldar Vasif oğlu;
1987-ci il təvəllüdlü Hacıyev Nicat Fikrət oğlu;
2008-ci il təvəllüdlü Zeynalı Ülvi Vüsal oğlu;
1982-ci il təvəllüdlü Zeynalov Vüsal Əlif oğlu;
1985-ci il təvəllüdlü Vəlieyva Elyanə Akif qızı;
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.