AMEA-da işdən çıxarılanların sayı açıqlandı

ÖLKƏ
17:07 / 09.10.2022
810

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi qurumlarının Elm və Təhsil Nazirliyinə birləşdirilməsindən sonra Akademiyada işdən çıxarılanların sayı müəyyənləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ümumilikdə 1500-ə yaxın əməkdaş işdən çıxarılıb. Onlar əsasən AMEA-nın Rəyasət Heyətinin əməkdaşları və texniki heyət işçiləridir.

Bundan başqa AMEA-nın 6000 yaxın işçisi fəaliyyətini Elm və Təhsil Nazirliyinin tabeçilyində davam etdirəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, AMEA işçilərinin sayı isə 3 510 nəfər olacaq.

0