Saxlanılan şəxs polis məntəqəsində öldü

ÖLKƏ
12:44 / 10.10.2022
748

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o, ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Araşdırma aparılır.

1