15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

ÖLKƏ
17:36 / 10.10.2022
654

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 727 nəfər müalicə olunaraq sağalıb, hazırda 531 aktiv xəstə var. Bu günə qədər 9 928 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 408, bu günə qədər isə ümumilikdə 7 274 499 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 898 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 893, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 361 650, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 183 nəfər təşkil edir.

0