Yol polisi Arif Hacılını niyə saxlayıb? - AÇIQLAMA

ÖLKƏ
16:01 / 28.10.2022
804

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, partiya rəhbəri yol hərəkəti qaydalarını pozmaqda ittiham olunub:

“Həyat yoldaşı da maşında olub. Hadisə yerinə başqa polis briqadası çağırılıb və Arif bəy idarəyə aparılıb. Hazırda telefonuna zəng çatmır. Nəticənin nə olduğunu deyə bilmərəm. Əgər yol hərəkəti qaydası pozulubsa, onun cəriməsi və cəzası var. İndi kimisə yol hərəkəti qaydalarını pozduğuna görə polisə aparmırlar. Aidiyyatı qurumdan bildiriş gəlir və cəriməsi göstərilir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə Qaynarinfo-ya bildirib ki, Müsavat Partiyasının başqanı Arif Hacılı polis idarəsinə aparılmayıb:

“Adi qayda pozuntusu olub, protokol tərtib edilib və sərbəst buraxılıb”

0