Nutrisioloq həyəcan təbili çaldı: "Genetik faktor da çəki artımının səbəbləri sırasındadır”

ÖLKƏ
16:32 / 21.12.2022
469

Pəhriz məhdudiyyətləri, idman, motivasiya... Arıqlamağın əsas yolları hər kəsə məlumdur,lakin hər kəs də düzgün qidalanma sayəsində bunu bacara bilmir. Çox  adamın köklüyün yaratdığı fəsadlar barədə məlumatı yoxdur. Buna görə də arıqlamaq üçün cəhd etmirlər. Bəs sağlam qidalanaraq arıqlamaq üçün nə etmək lazımdır?

Bununla bağlı nutrisioloq Yeganə Əliyeva kök insanlara sağlam qidalanaraq arıqlamaq üçün məsləhətlər verir:

"Bu gün sağlam qidalanma və arıqlama ilə bağlı milyonlarla üsul və təkliflər dolaşmaqdadır. Bəziləri faydalı olsa da, əksəriyyəti xeyirdən çox zərər verən, xəstələrə pul qazanma yolu kimi baxan müalicələrdir. Sağlam qidalanaraq arıqlamaq üçün gündəlik rasiondan rafinə olunmuş məhsulları çıxarmaq,zülal və  bitki mənşəli ərzaqlara üstünlük vermək lazımdır. Ekstrim dietalardan fərqli olaraq, sağlam arıqlamaq üçün pəhrizlər ağır deyil. Burada çox ac qalmağa gərək yoxdur, sadəcə rasionu balanslaşdırmaq kifayətdir. Bəzi  insanlarda 30 yaşdan sonra dəyişiklik olur, elə xanımlar var ki, hamiləlikdən və doğuşdan  sonra çəki alırlar. Belə insanlar sadəcə normal qidalanmalıdırlar, bəzən isə çoxlu qida  qəbul edən insanlar da olur ki, çəki ala bilmirlər. Piylənmənin əsas səbəbi bədənə qida ilə daxil olan enerjinin maddələr mübadiləsi və fiziki işlərin sərf etdiyi enerjidən çox olması və nəticədə artan enerjinin yağ şəklində yığılmasıdır.

Rejimsiz qidalanma, birtərəfli qidalanma, azhərəkətli həyat tərzi, hormonal pozğunluqlar, həddindən çox qidalanma və müxtəlif səbəblərdən maddələr mübadiləsinin pozulmasıdır. Genetik faktor da çəki artımının səbəbləri sırasındadır.  Bəs bunlarla necə mübarizə aparmaq olar? Bizim metodlar insanın sağlığına ziyan vermədən, insanı qida qəbul edərək arıqlatmaqdır. Bədən parametrlərinin müayinəsi, sağlam qidalanma təlimləri,dietik şirniyyatlar ilə master klass, yoqa, pilates və Zumba dərsləri bizim Sağlam Qidalanma Akademiyasının iş prinsipinə daxildir. Eyni zamanda müxtəlif bitki çayları, kokteylər,detoks içkiləri və fərdə özəl olaraq hazırlanmış qıda   proqram üzrə qidalanma sayəsində tam əminliklə deyə bilərəm ki, ayda 5-8 kq sağlam şəkildə arıqlamaq olar. İstər şəxsi həyat, istərsə də iş həyatında və ya digər sosial ortamlarda insanların bir-birlərində ən çox diqqət etdiyi nöqtə xarici görünüşləridir. Biz öz metodlarımızla və proqramımızla sağlam və   rahatlıqla kilolarınızdan xilas olmağın  mümkün olduğunu tam əminliklə bildiririk. Kimlərdə bu problemlər varsa bizim professional komandaya, proqrama və metodalara  tam əmin olaraq müraciət edə bilərlər".

0