Yoluxma sayı açıqlandı

ÖLKƏ
16:36 / 18.02.2023
489

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 18 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 104 nəfər müalicə olunaraq sağalıb, hazırda 131 aktiv xəstə var. Bu günə qədər 10 103 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 272, bu günə qədər isə ümumilikdə 7 513 104 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 231 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 946 864, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 580, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 436, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 502 nəfər təşkil edir.

0