Gecə güclü külək başlayacaq

ÖLKƏ
17:23 / 20.02.2023
641

Bakıda və Abşeron yarımadasında fevralın 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, fevralın 22-də 15-18 m/s, arabir 20-25 m/s cənub küləyi ilə əvəz olunacaq.

HİT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Küləkli hava şəraiti ilə bağlı yaydığı məlumatda bildirilib.

Azərbaycanın rayonlarında fevralın 20-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

0