Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə bu vəzifəyə polkovnik-leytenant Ramil Salayev təyin olunub.
Ramil Salayev ötən ilin sentyabr ayında Şirvan Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən azad olunaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəis müavini təyin edilmişdi.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzov vəzifəsindən azad edilərək, 40-cı Polis Bölməsinə rəis təyin olunub.