Son 1 ildə İranda 5 azərbaycanlı edam olunub

ÖLKƏ
18:06 / 02.10.2023
431

İran hökuməti rejimə etiraz edən günahsız şəxsləri təqib etməyə və edam cəzasına məhkum etməyə davam edir.

Ölkədə demək olar ki, hər həftə edam cəzasına məruz qalan şəxslər barədə məlumat yayılır.

Yaxın günlərdə açıqlanan rəqəmlərə görə, təkcə cari ilin ilk 6 ayı ərzində ölkədə 354 nəfər edama məhkum edilib.

Bu rəqəmlər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur. 2022-ci ilin birinci yarısında ölkədə 261 nəfər edam olunub.

Onu da bildirmək lazımdır ki, edam olunanlar içində azərbaycanlılar da var. 

Hit.az ötən ilin sentyabrından bəri başlayan etiraz aksiyalarından sonra edam olunan azərbaycanlıları təqdim edir:

Ötən ilin dekabrında İranın Mərkəzi əyalətinin Ərak şəhərində narkotik maddələrin alverində günahlandırılan 5 məhkum edam edilib.

Edam edilənlərdən 3-ü Azərbaycan əsilli Məhəmməd İmani, Ehsan Nasiri və Mustafa Kaşini olub. Digər iki məhkmun kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Bu ilin 5 iyul tarixində İranın Təbriz, Savə və Bəndər Abbas şəhərlərinin həbsxanalarında 5 məhkum edam edilib.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, edam edilən şəxslərin adam öldürmək və zorakılıqda günahlandırıldığını bildirib.

Təbrizdə edam edilən azərbaycanlının Vəhid Yusifi, Savədə edam edilənin isə Möhsün Səmədi olduğu qeyd olunub.

Onu da qeyd edək ki, bu, sadəcə mətbuatda yayımlanan adlardır. Ümumilikdə isə dsha çox güneylinin edam olunduğu danılmazdır.

Aynur Əli

0