Xəstəliklər niyə çox yayılır: "Keyfiyyətsiz qidalar, ekoloji şərait..."

ÖLKƏ
14:24 / 06.10.2023
411

Son zamanlar dəmək olar ki, hər 3 nəfərdən 2-nin soyuqdəyməyə yoluxduğunu və bunu ağır keçirdiyini müşahidə edirik. Xəstəliyi bəzi ekspertlər "Eris" virusu adlandırsa da, bununla bağlı dəqiq bir məlumat yoxdur. Maraqlısı budur ki, koronavirus pandemiyasından sonra infeksiyalar daha çox yayılmağa başlayıb. Bəs buna səbəb nədir?

Farmakoloq Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, əsas səbəblər keyfiyyətsiz qida, ekoloji mühitdir:

"Son illər böyük gücləri sayəsində dünyada yeni viruslar yayılır. Keyfiyyətsiz su, havanın çirkləndirilməsi, keyfiyyətsiz yağlar da insan bədənini zəiflədir. Bədənimizin zəifləməsi də istənilən patalogiyaya yoluxmağımıza səbəb olur. Əvvəl görülən amma çox yayğın olmayan viruslar indi yayılır. Həkimlər həmişə nə deyir? Hava, ekoloji mühit, qida təmiz olmalıdır. İnsanlar da normal sanitar-gigiyenik qaydaları qorumalıdır. Bunları da qorumayanda istənilən virus yayılır. Çalışmaq lazımdır ki, imkan daxilində şəhərdə yaşayan uşaqların ayağı bir torpağa dəysin. Asfaltda yaşayırlar, bədənləri zəifləyir. İnsan bədəni asfaltın üstündə nə qədər olar? Ona görə adicə bir az ya isti, ya soyuq hava olan kimi, külək əsən kimi xəstələnirik. Həkimlər özümüzü qorumadan bizi necə qoruya bilər ki? Şəhərlər, küçələr siqaretlə doludur. Hamı sərbəst şəkildə siqaret çəkir, bu da havanı məhv edir. Siqaretin tərkibində 7 mindən çox zəhərli maddələr var. Yerə də ataraq xəstəliyi yayırlar. Xəstə insanlar çox biabr şəkildə küçələrə tüpürür, xəstəliyi yayır. Bunlar xırda kimi görünür, amma böyük məsələdir. Bu istənilən xəstəliyi yaymağa səbəb olur".

Aynur Əli

0