Abortların sayı ildən ildə artır: İllər üzrə rəqəmlərin SİYAHISI

ÖLKƏ
23:01 / 25.10.2023
359

Azərbaycan selektiv abortlara görə dünya ölkələri içində ilk sıralardadır.

Rəqəmlərə istinadən demək olar ki, 2022-ci ildə selektiv abortların sayında azalma müşahidə olunur.

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində ümumi abortların sayı 31747 olub.

Bəs illər üzrə bu rəqəmlər necə dəyişib?

Hit.az son illərin rəqəmlərini araşdırıb.

2000-2011-ci ildə abortların sayı 17529-27790 arasında dəyişib.  2012-ci ildən abortların sayı 31038 olub. 2013-cü ildə 27892, 2014-cü ildə 27220 və 2015-ci ildə 27452 olub. 2016-cı ildə 34569, 2017-ci ildə isə bu rəqəm 37618 təşkil edib. 

*2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 141 nəfər olub. Onların arasında 18-19 yaşlıların sayı 1198, 20-24 yaşlıların sayı 7545, 25-29 yaşlıların sayı 11 578-dir. Aborta müraciət edənlərdən 10293 nəfər 30-34 yaş aralığındadır. 35 və yuxarı yaşda olanlar isə 5487 nəfər təşkil edib.

*2019-cu ildə 37 308 abort qeydə alınıb. Bu abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-i 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.

*2020-ci ildə abort sayı 2019-cu illə müqayisədə təxminən 2 min 600-dək azalıb. Ötən il Azərbaycanda 15-17-yaşlı qadınlar arasında 29 abort, 18-19 yaşlı qadınlar arasında isə 1 min 270 abort olub. 20-24 yaş qrupu üçün bu göstərici 7 min 552, 25-29 yaş qrupu üçün 10 min 993, 30-34 yaş qrupu üçün 9 min 445, 35 yaşı aşanlar üçünsə 5 min 430 olub.

*2021-ci ildə bu say 13 514 olub. Yəni 2021-ci ildə 15-19 yaşlı hər min qadına 8,3 abort, 25-29 yaşlı hər min qadına isə 32,7 abort düşür.

Aynur Əli

0