Sumqayıta metro xətti çəkilir?  (AÇIQLAMA)

İQTİSADİYYAT
16:34 / 09.05.2020
2093

Məlum olduğu kimi Bakıda ən çox tıxacların müşahidə olunduğu istiqamətlərdən biri də Bakı-Sumqayıt yoludur.

Bu yolda yükün azadılması üçün gələcəkdə həmin istiqamətdə yerləşən ərazilərdə metro tikintisi nəzərdə tutulurmu?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, 2011-ci ildə Bakı metropoliteninin inkişaf sxemi təsdiq edilərək, bu istiqmətdə sonuncu stansiya olaraq “Avtovağzal” stansiyası nəzərdə tutulub.

Növbəti platforma tipli dayanacaq “Xocəsən” elektrik deposunun sahəsində olacaq. Həmin ərazidə yaşayan biləcəklər”.

Bəxtiyar Məmmədov bildirib ki, stansiyanın ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur:

“İnşaatla bağlı əsas işlər yekunlaşıb, son tamamlanma işləri gedir. Təhcizatla bağlı əsas işlərə başlanılıb. Yalnız mövcud pandemiya ilə əlaqədar olaraq problem yarana bilər. Bakı metropoliteninin bütün təhcizat və avadanlığı əsasən xaricdən alınır. Hazırkı pandemiya şəraitində xaricdəki həmin müəssisələrin fəaliyyətində məhdudiyyətlərin olması, sərhədlər bağlı ola bilməsi kimi məsələlər ortaya çıxa bilər. Hansısa problem yaranarsa, bu da ictimaiyyətə çatdırılacaq”.

Xatirə
Cebhe.info

0