Bağlanan banklarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq

12:40 / 25.06.2020
1087

"Əgər Mərkəzi Bank tərəfindən əmanət qəbuluyla bağlı qadağa banka gedirsə, biz istərdik ki, sistem olaraq o qadağa bizdə də görünsün".

HİT.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu zaman daha həssas davranmaq tələb olunacaq:

"Biz bu halda bankla müəyyən danışıqlar apara bilərik. Bankların bəziləri də əmanət qəbulunu fonddan da gizlədib, amma bu məsələni araşdırırıq". 

T. Piriyev vurğulayıb ki, son 4 bankla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

0