Qeysəriyyə ilə doğulan uşaqlar niyə ölür?

SAĞLAMLIQ
21:00 / 11.06.2024
444

Məlum olduğu kimi, bir neçə gün əvvəl tanınmış aparıcı Çinarə Əliyeva yeni doğulan övladını itirib.

Məlumata görə, doğum qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. 

Bir neçə gün öncə meyxanaçı Oruc Bayramsəs

in də (Oruc Lənkəranlı) qeysəriyyə əməliyyatı ilə doğulan övladı da vəfat edib. 

Məlumata görə, uşaqların ölümünə səbəb qeysəriyyə əməliyyatıdır.

Neonatoloq Aygün Hüseynova Hit.az-a deyib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır.

Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur: 

"Həmçinin, hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. Qeysəriyyə əməliyyatında uşaq ölümü çox nadir halda olur. Ümumilikdə isə, qeysəriyyə əməliyyatında uşaq ölümü əməliyyata bağlı olmur".

Sevinc

0